Genetik Ehtiyatlar İnstitutu ilə Özbəkistanın Bitki Genetik Ehtiyatları Institutu arasında əlaqələr genişləndirilir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə Bakıya gəlmiş Aral dənizi Regionu Beynəlxalq İnnovasiya Mərkəzinin və Bitki Genetik Ehtiyatları Elmi-Tədqiqat İnstitutun alimlərinin 2023-cü il 03 iyul tarixində görüşü olub.
GEİ və Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatında Bilik və İnnovasiyalar Milli Mərkəzinin Bitki Genetik Ehtiyatları İnstitutu (BGEİ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.
Beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən tərəflərin bitki genetik ehtiyatlarının toplanması, öyrənilməsi və istifadəsi sahəsində elmi-texniki əməkdaşlığın həyata keçirilməsi, Dövlət reyestrinə daxil edilmiş sortların və digər bitki materiallarının müvafiq məlumatlarının qarşılıqlı mübadiləsi, birgə layihə, təlim, təcrübə, elmi konfrans və proqramların həyata keçirilməsi, habelə elmi məqalələrin nəşri və s. nəzərdə tutulub.
Müqavilə GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və BGEİ-nin direktoru Səfər M.Əlikulov tərəfindən imzalanıb.

Полезные ссылки

Международный инновационный центр Приаралья при Министерстве экологии, охраны окружающей среды и изменения климата Республики Узбекистан

Адрес: ССГ Саманбай, Нукус 230100, Республика Каракалпакстан, Узбекистан

Телефон: +998 (61) 225-74-56

Эл. почта: info@iic-aralsea.uz, iic-aralsea@exat.uz

Режим работы: Понедельник-Пятница, с 09:00 до 18:00

Открыть в яндекс.карты